“Liverpul”u “Atletiko”ya dəyişə bilər

"Liverpul"un sol cinah müdafiəçisi Endi Robertson "Atletiko Madrid"in maraq dairəsinə düşüb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Madrid klubu Robertsonun meneceri ilə danışıqlara başlayıb.

31 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 18 milyon avrodur.

Qeyd edək ki, Robertson 2017-ci ildən "Liverpul"da çıxış edir. 

Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.