"Liverpul"un futbolçusu "Fənərbağça"da çıxış edə bilər
"Liverpul"dan ayrılacağı dəqiqləşən Endi Robertson karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Fənərbağça" 32 yaşlı futbolçunu heyətində görmək istəyir.
Bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Qeyd edək ki, E.Robertson cari mövsüm meydana çıxdığı 35 matçda 3 qol, 2 asistlə yadda qalıb.