“Liverpul”un futbolçusu “Real Madrid”in əsas hədəfinə çevrilib

"Liverpul"un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allister karyerasını "Real Madrid"də davam etdirə bilər.

Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi Mak Allisteri transfer etmək üçün "Liverpul"la danışıqlara başlayıb.

26 yaşlı futbolçunun transfer qiyməti 90 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, A.Mak Allister 2023-cü ilin yayından etibarən "Liverpul"da çıxış edir.