"Liverpul"un hücumçusu La Liqa nəhənginin marağında

"Liverpul"un hücumçusu Darvin Nunyesin komandasını dəyişməsi mümkün ola bilər.  

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki,  25 yaşlı hücumçu ilə "Atletiko Madrid" maraqlanır. Mənbə bildirir ki, İspaniya klubunun baş məşqçisi Dieqo Simeone Nunyesin oyununu yüksək qiymətləndirir və rəhbərlikdən uruqvaylı forvardın transfer edilməsini istəyib.  

Hazırkı mövsümdə Darvin Nunyes bütün turnirlərdə 19 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "Liverpul"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.