“Liverpul”un qapıçısı klubdan ayrıla bilər

“Liverpul” klubunun irlandiyalı kiperi Kevin Kelleher mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, “Çelsi” klubu Kelleherin transferi üçün “Liverpul”la görüşmələrə başlayıb. Transferdə ilkin razlığın yanvar ayında alınacağı qeyd olunur.

“Çelsi” klubunun rəsmiləri ilə Kelleherin meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, K.Kelleher cari mövsüm bütün turnirlərdə 8 matçda iştirak edib, 5 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.