"Liverpul"un qapıçısı sıraya qayıdıb

"Liverpul"un braziliyalı qapıçısı Alisson Beker zədəsini sağaldaraq məşqlərə başlayıb.

Sportline.az Championat.com-a istinadla bildirir ki, bu barədə Mersisayd klubunun baş məşqçisi Arne Slot məlumat verib.

31 yaşlı qapıçı zədə üzündən "Bornmut" (3-0) və "Vest Hem"ə (5-1) qarşı oyunları buraxmışdı.

Baş məşqçi Slot açıqlamasında "Düşünürəm ki, o, qayıtmağa hazırdır. Alisson dünən komanda ilə qismən məşq edib, amma bu gün bütün məşqi tamamlayacaq. O, qısa müddətdə yenidən qapıya keçəcək" deyib.