“Liverpul”un sabiq futbolçusu “Real Madrid”ə keçə bilər
"Liverpul"un sabiq futbolçusu Roberto Firmino karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Real Madrid" Firminonun xidmətində maraqlıdır.
33 yaşlı forvard Madrid klubunda çıxış etmək arzusundadır.
Qeyd edək ki, Firmino hazırda "Əl-Əhli" klubunda çıxış edir.
Onun klubla müqaviləsi 2026-cı ilim iyun ayına qədərdir.