"Liverpul"un uğurlarının sirri açıqlandı

"Liverpul" komandası son dövrdə inamlı çıxışı ilə diqqət çəkir.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Arne Slot komandanın uğurlarının səbəbini izah edib.

"Fikrimcə, bunun iki səbəbi var. Əvvəla, uğurlu nəticələr yaxşı anlaşmanın göstəricisidir. İkinci səbəb isə çox oyun keçirməkdədir. Bəziləri bunun mənfi təsir göstərdiyi qənaətindədirsə, mən, əksini düşünürəm. Nə qədər çox oyun keçirsən, bir o qədər güclənirsən", deyə Slot klubun rəsmi saytına fikrilərini bölüşüb.

Qeyd edək ki, "Liverpul" 23 turdan sonra 56 xalla Premyer Liqanın lideridir.