"Liverpul"un yeni baş məşqçisi Arne Slotun ilk hədəfi türkiyəli futbolçudur
Arne Slotun transferdə ilk hədəfi "Benfika"nın türkiyəli futbolçusu Orkun Kökçüdür.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, hollandiyalı çalışdırıcı "Feynoord"dan da yaxşı tanıdığı 23 yaşlı futbolçunu heyətdə görmək istəyir.
Orkun 2018-2023-cü illərdə "Feynoord"da çıxış edib.O, 2023-cü ilin yayında 25 milyon avro qarşılığında "Benfika"ya keçib.
Qeyd edək ki, Orkun Kökçü bu mövsüm Portiqaliya klubu ilə çıxdığı 43 oyunda 7 qol, 11 məhsuldar ötürmə ilə diqqət çəkib. Türkiyə millisinin də şərəfini qoruyan Orkunun klubla 2028-ci ilə qədər müqaviləsi var.