"Liverpul"un yeni baş məşqçisi müəyyənləşib

Mövsümün sonunda Yurqen Kloppla yollarını ayıracaq "Liverpul"  "sükanı" Arne Slota həvalə edəcək.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, hollandiyalı mütəxəssis "Liverpul"la razılığa gəldiyini təstiqləyib.

Jurnalist Fabrisio Romanonun sözlərinə görə Arne Slot "Mersisayd" təmsilçisi ilə 2027-ci ilə qədər razılıq əldə edib.

Xəbərdə bildirilik ki, "Liverpul" Arne Slot üçün "Feynoord"a 15 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Arne Slot bu mövsüm Hollandiya Liqasında "Feynoord" ilə 33 turdan sonra 81 xal toplayıb.