"Liverpul"un yeni hədəfi

"Liverpul" "Sportinq"in futbolçusu Nuno Mendeşlə maraqlanır.

Sportline.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. Bildirilib ki, Portuqaliya təmsilçisi 18 yaşlı müdafiəçi ilə müqavilənin müddətini uzatmaq istəyir. Ancaq portuqaliyalı oyunçu yeni müqavilə imzalamaqdan imtina edəcəyi təqdirdə, İngiltərə klubu Mendeşin transferi üçün təklif göndəriləcək.

Qeyd edək ki, Mendeş bu mövsüm 10 matçda 1 qol vurub.