“Liverpul”un yeni hədəfi

“Brayton”un brazilyalı futbolçusu Joao Pedro karyerasını “Liverpul”da davam etdirə bilər.

Sportline.az “UOL” saytına istinadən xəbər verir ki, “Liverpul” yanvar ayında Joao Pedro üçün “Brayton”a rəsmi təklif göndərəcək.

“Brayton” 23 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, J.Pedro “Liverpul”da çıxış etməyə müsbət yanaşır.

“Liverpul”un niderlandlı çalışdırıcısı Arne Slot Pedronun transferində israrlıdır.