“Liverpul”un yeni transfer hədəfi bəlli olub

“Şaxtyor”un ukraynalı futbolçusu Georgi Sudakov karyerasını “Liverpul”da davam etdirməyə yaxındır.

Sportline.az “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” klubunun rəhbərliyi Sudakov üçün “Şaxtyor”a 40 milyon avro ödəməyə hazırdır.

Sudakov “Liverpul”da çıxış etməyə müsbət yanaşır.

Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Sudakovun “Şaxtyor”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.