"Lokomotiv" paytaxt derbisindən qalib ayrıldı
Rusiya Premyer Liqasının 10-cu turu Moskva derbisi ilə yadda qalıb.
Sportline.az xəbər verir ki, "Lokomotiv" RZD Arenada "Spartak"ı qəbul edib. Görüş "dəmiryolçular"ın 3-1 hesablı qələbəsi ilə başa çatıb.
"Lokomotiv"in qələbə qollarını İlya Samoşnikov (2) və Dmitri Vorobyov vurub. "Spartak" adına penaltidən Barko fərqlənib.
Xallarının sayını 24-ə çatdıran "Lokomotiv" birinci sıraya yüksəlib. 6-cı pillədəki "Spartak"ın 16 xalı var.
Qeyd edək ki, RPL-da bu gün daha 2 qarşılaşma olacaq. "Krasnodar" "Zenit'lə (20:30), "Rostov" "Akron"la (21:00) üz üzə gələcək.