"Lokomotiv"in oyunçusu Səudiyyə Ərəbistanı klubuna keçib

"Lokomotiv" müdafiəçi Mario Mitayın "Əl-İttihad"a transfer olduğunu açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, icarə əsasında "Əl-İttihad"ın yolunu tutan 21 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Ərəbistanı klubu mövsümün sonunda oyunçunu birdəfəlik almaq hüququna malikdir. 

Mitay 2022-ci ildə AEK-dan "Lokomotiv"ə transfer olunub. Futbolçu bu mövsüm Moskva klubu ilə 4 oyuna çıxıb.

Qeyd edək ki, Mario Mitayın "Lokomotiv"lə 2027-ci ilə qədər müqaviləsi var.