"Lomaçenko Kombasosdan üstündür"

Peşəkar boksçular Corc Kombasosla Vasili Lomaçenkonun qarşıdakı döyüşü böyük maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, mütəxəssislər sözügedən görüşlə bağlı mülahizələrini bölüşməkdədirlər.

WBC verdiyası üzrə çempion ( 63,5 kq) amerikalı Recis Proqreys də bu haqda açıqlama verib.

"Mənim favoritim Lomaçenkodur. Ukraynalı boksçu üslub cəhətdən rəqibini üstələyir. Bəziləri yaş amilini önə çəkirlər. Amma, fikrimcə bunun heç bir əhəmiyyəti yoxdur. Lomaçenko hazırda Kombasosdan güclüdür", - deyə Proqreys avstarliyalı boksçunun ukraynalı rəqibinə uduzacağını bildirib.