London derbisini "Çelsi" qazandı

İngiltərə Premyer Liqasının 15-ci turu London derbisi ilə əlamətdar olub.

Sportline.az xəbər verir ki, "Tottenhem" öz meydanında "Çelsi" ilə münasibətləri aydınlaşdırıb. Görüş "Çelsi"nin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Dominik Solanke 5, Deyan Kulusevski 11, Ceydon Sanço 17, Kol Palmer 61 (pen), 84 (pen), Enzo Fernandez 73, Hın Mın Son 90+7

Qeyd edək ki, "Çelsi" xallarının sayını 31-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. "Tottenhem" isə 20 xalla 11-ci pillədə yer alıb.