London klubları Moskuera ilə maraqlanır
"Valensiya"nın ispaniyalı futbolçusu Kristian Moskuera karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" Moskueranı heyətinə qatmaq niyyətindədir.
20 yaşlı stoperin "Valensiya" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Moskuera bu mövsüm çıxış etdiyi 40 matçda 1 qolla yadda qalıb.