Lopoteqi getsə Qrehem Potter gələcək
“Vest Hem Yunayted”in rəhbərliyi ispaniyalı çalışdırıcı Xulyen Lopoteqini istefaya göndərməyə hazırlaşır.
Sportline.az “Times Sport” nəşrinə istinadən xəbər verir ki, “Vest Hem” klubu “Çelsi”nin sabiq baş məşqçisi Qrehem Potterlə ilkin razılıq əldə edib.
Qeyd edək ki, 49 yaşlı mütəxəsis “Çelsi” ilə yanaşı “Östersand”, “Suonsi Siti” və “Brayton” kimi klublarıda çalışdırıb.