Luis Enrike "Çelsi"yə keçir
Mövsümün sonunda Anotnio Konte ilə yolları ayırmağı düşünən "Çelsi" rəhbərliyi italiyalı mütəxəssisə əvəzləyici tapıb. SportLine.az "Star"a istinadən xəbər verir ki, "zadəganlar" Luis Enrike ilə razılığa gəlib.
"Barselona"nın sabiq çalışdırıcısı ilə ilkin razılıq əldə edən London klubu yayda ispaniyalı ilə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, L.Enrike "Roma" və "Selta" kimi klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.