Luis Enrike “Real Madrid”i çalışdıra bilər

PSJ-nin baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Paris klubundan ayrılaraq "Real Madrid"i idarə edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə "Topskills Sports UK"in X hesabında məlumat paylaşılıb.

Məlumata görə, Enrike yeni kluba keçməyə açıqdır, lakin bu, yalnız oyunçular, transferlər və idman qərarları üzərində tam nəzarəti ələ keçirmək şərti ilə mümkündür.

Qeyd olunur ki, ispan məşqçi İspaniya liqasına qayıtmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.