Luiz Diaz İspaniya nəhənginə keçə bilər
“Liverpul”un kolumbiyalı futbolçusu Luiz Diaz mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az “GOAL” nəşrinə istinadən xəbər verir ki, “Barselona” Luiz Diazı heyətinə qatmaqda israrlıdır.
Bu keçid üçün Kataloniya klubu “Liverpul”a 85 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Luiz Diaz cari mövsüm çıxış etdiyi 48 matçda 17 qol 8 məhsuldar ötürmə müəllifi olub.