Luiz Diaz İspaniya nəhənginə transfer olmaq istəyir
"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz yayda klubdan ayrılmaq niyyətindədir.
Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı sol cinah vingeri İspaniyanın "Barselona" klubuna transfer olmaq istəyir.
Kataloniya klubunun rəhbərliyi Luiz Diazın meneceri ilə danışıqlara başlayıb.
Futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Luiz Diazın transfer qiyməti 85 milyon avro olaraq təyin olunub.