Luiz Diazın "Liverpul"dan ayrılacağı gözlənilir

"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, L.Diaz "Barselona"nın əsas transfer hədəfinə çevrilib.

Bu keçid üçün Kataloniya klubu qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.

Lakin "Liverpul" tərəfi 28 yaşlı futbolçu üçün ən azı 90 milyon avro tələb edir.

Qeyd edək ki, Luiz Diaz bu mövsüm çıxış etdiyi 49 matçda 17 qol 8 məhsuldar ötürmə müəllifi olub.