Lukaku AVRO 2024-ün qrup mərhələsini qolsuz tamamlayıb

Belçika millisinin hücumçusu Romelu Lukaku 2024-cü il Avropa çempionatının qrup mərhələsinin Ukrayna ilə həlledici oyununda (0:0) qol vura bilməyib və beləliklə, çempionatın qrup mərhələsini qolsuz başa vurub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 31 yaşlı oyunçunun öncəki oyunlarda Slovakiyaya qarşı 2, Rumıniyaya qarşı 1 qolu qayda pozuntusuna görə qeydə alınmayıb.

Ukrayna ilə qrup mərhələsinin 3-cü tur oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Üç turdan sonra Ukrayna komandası mənfi top fərqinə görə dörd xalla qrupda qalıb. Eyni xala malik Belçika əlavə göstəricilərə görə növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Belçikanın 1/8 final mərhələsində rəqibi Fransa seçməsi olacaq.