Lukaku qolunu Eriksenə həsr etdi

Belçika millisinin üzvü Romelu Lukaku Avro-2020-nin final mərhələsinin ilk turunda Rusiyaya vurduğu qolu "İnter"dəki komanda yoldaşı Kristian Eriksenə həsr edib.

Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi qolu qeyd edərkən kameraya yaxınlaşıb və deyib: "Kristian, mən səni sevirəm".

Qeyd edək ki, Danimarka yığmasının üzvü K.Eriksen Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirib. Hazırda onun durumunun normallaşdığı bildirilir.