Lukas Vazkez "Real Madrid"i tərk edir

"Real Madrid"in ispaniyalı futbolçusu Lukas Vazkez mövsümün sonunda azad agent kimi klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib.

33 yaşlı futbolçunun klubla yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, Lukas Vazkez 2015-ci ildən "Real Madrid"in şərəfini qoruyur.

O, cari mövsüm çıxış etdiyi 48 matçda 2 qol 7 məhsuldar ötürmə müəllifi olub.