Lüksemburqun 13 illik həsrəti bitdi
Ötən gün DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda İrlandiya ilə səfər matçı Lüksemburq üçün əlamətdar olub.
Sportline.az xəbər verir ki, komanda rəqibini 1:0 hesabı ilə üstələyib. Bununla da Luksemburq 13 il sonra ilk dəfə səfərdə qələbə qazanıb. Komandanın indiyədək sonuncu səfər qalibiyyəti 2008-ci ildə İsveçrə ilə görüşdə qeydə alınmışdı.
Qol.az xəbər verir ki, Lüksemburq Azərbaycan millisinin də mübarizə apardığı A qrupunda 3 xalla 3-cüdür.