Lunin AVRO 2024-də qrup mərhələsinin ən pis qapıçısı seçilib
Ukrayna millisinin qapıçısı Andrey Lunin WhoScored analitik portalının versiyasına görə 2024-cü il Avropa Çempionatının qrup mərhələsinin ən pis qapıçısı olub.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, futbolçu 3.80 reytinq alıb.
İkinci yerdə Türkiyə millisinin qapıçısı Altay Bayındır (5,42) qərarlaşıb. İlk üçlüyü isə Polşa millisinin qapıçısı Voyçex Şesni (6,14) tamamlayıb.
Xatırladaq ki, 2024-cü il Avropa Çempionatının qrup mərhələsində Lunin bir matçda iştirak edib. 25 yaşlı qolkiper 1-ci turun Rumıniya ilə görüşündə meydana çıxıb. Həmin qarşıdurmada Lunin üç qol buraxıb. Qrup mərhələsinin növbəti iki oyununda qapıçı ehtiyat oyunçular skamyasında qalıb.