Lunin "Real Madrid"də qalmaq istəyir

"Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin klubdan qalmaq istədiyini açıqlayıb. 

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, 26 yaşlı kiper Madrid klubundan ayrılmaq niyyətində deyil.

Luninin "los blankos"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda qapısında 19 top görüb.