Mahir Emreli "Legiya" ilə müqavilə imzaladı
Polşanın "Legiya" komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalayıb.
Forvard yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.
