Mahir Emreli millinin toplanışına qatılmayacaq

“Dinamo”nun forvardı Mahir Emreli Azərbaycan millisinin qarşıdakı toplanışına və yoxlama görüşlərinə qatılmayacaq.

Sportline.az xəbər verir ki, 24 yaşlı forvard Xorvatiya çempionatının “Hayduk”a qarşı oyununda zədələnib.

Klubun həkimləri isə forvardın dincəlməyə ehtiyacı olduğunu bildirib. Məhz buna görə də Emrelinin millinin düşərgəsinə qoşulmayacağı ehtimal edilir.

​Qeyd edək ki, milli, toplanış çərçivəsində Malta (25 mart) və Latviya (29 mart) ilə yoxlama görüşləri keçirəcək.