Mahir Emreli Türkiyə klubuna təklif olunub

“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin “Beşiktaş” klubuna təklif edilib.

Sportline.az xəbər verir ki, bu barədə “Yeni Asır” məlumat yayıb.

Məlumata görə, “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın 23 yaşlı futbolçunu bəyənib.

Klublar arasında danışıqların olmadığı bildirilir.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan Premyer Liqasının cari mövsümündə meydana çıxdığı 6 oyunda 6 qol vurub.