Mahir Emrelinin son durumu
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının hücumçusu Mahir Emreli növbəti dəfə zədələnib.
Sportline.az xəbər verir ki, 25 yaşlı hücumçu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının XI turunda evdə "Slaven"ə 4:1 hesabı ilə qalib gəldiyi oyunda iştirak etməyib.
O, sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.
Yerli mətbuat forvardın hansı şəraitdə zədə aldığını yazmayıb.
Qeyd edək ki, Mahir Emreli iyulun sonlarında belindəki zədəyə görə "Dinamo"nun bir neçə oyununu buraxmışdı.