Mahir oynadı, "Dinamo" heç-heçə etdi
Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 27-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda "Hayduk"un qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.
M.Emreli sözügedən görüş üçün start heyətdə yer alıb və 56-cı dəqiqədə Marko Toliçlə əvəzlənib.
Qeyd edək ki, "Dinamo" turnir cədvəlinin 54 xalla 1-ci pilləsində qərarlaşıb, "Hayduk" isə 49 xalla 4-cüdür.
12 mart
21:00. "Hayduk" - "Dinamo" (Zaqreb) - 0:0