Mahir və komanda yoldaşlarının qələbə sevinci
Zaqreb "Dinamo"su Xorvatiya çempionatının 30-cu turunda "Riyeka" ilə səfər matçında əzmkar qələbə qazanıb.
Sportline.az xəbər verir ki, ilk hissədə hesabda geri düşən zaqreblilərin bərabərlik qolunu 79-cu dəqiqədə Mahir Emreli vurub. 86-cı dəqiqədə yenidən fərqlənən qonaqlar pərəstişkarlarını sevindiriblər.
"Dinamo"nun futbolçuları çətin səfər qələbəsini böyük coşqu ilə qeyd ediblər.