Mahirin komandası "Kayserispor"a qarşı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasında 33-cü tur oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, komanda "Kayserispor"u qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Qeyd edək ki, "Kayserispor" turnir cədvəlində 48 xalla (31 oyun) 6-cı, "Konyaspor" 45 xalla (31 oyun) 7-cidir. Turnir cədvəlinə 70 xalla (30 oyun) "Qalatasaray" başçılıq edir.

7 may

17:00. "Konyaspor" - "Kayserispor"