Mahirin komandası növbəti oyuna çıxır
Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 27-ci tur oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, komanda "Hayduk"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
"Dinamo"nun baş məşqçisi Jelko Kopiç bu görüşdə millimizin üzvünə şans verəcəyini deyib. Mahir 26-cı turda "Şibenik"lə görüşdə (3:0) Xorvatiya çempionatında debüt etmişdi.
Qeyd edək ki, "Dinamo" turnir cədvəlinin 53 xalla 1-ci pilləsində qərarlaşıb, "Hayduk" isə 48 xalla 4-cüdür.
12 mart
21:00. "Hayduk" - "Dinamo" (Zaqreb)