Mahirin komandası növbəti oyununa çıxır

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasında 34-cü tur oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Konya təmsilçisi səfərdə "Alanyaspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, "Konyaspor" hazırda turnir cədvəlində 46 xalla (32 oyun) 8-ci, "Alanyaspor" isə 38 xalla (32 oyun) 10-cudur.

Türkiyə Superliqası, 34-cü tur

21:00. "Alanyaspor" - "Konyaspor" 

Baş hakim: Çağdaş Altay

"Bahçeşehir Okulları Stadionu"