Mahirin komandasından növbəti qələbə
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti matçına çıxıb.
Sportline.az xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə "Lokomotiva" ilə qarşılaşıb. Oyun "Dinamo"nun qələbəsiylə başa çatıb - 2:1.
Mahir də bu görüşün iştirakçısı olub. O, 90-cı dəqiqədə meydana daxil olub.
"Dinamo" 10 turdan sonra 28 xalla liderdir.