Mahirin məxsus olduğu komanda ölkə çempionu oldu

"Dinamo" Zaqreb Xorvatiya çempionatında 2022-2023 mövsümünün qalibi olub.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi ötən gecə "Hayduk"la 32-ci turun oyununda (0:0) xallarını 71-ə çatdıraraq çempionluğunu rəsmiləşdirib.

Zaqreb klubu mövsümün sonuna 4 tur qalmış ən yaxın izləyicisi "Hayduk"u 12 xal qabaqlayıb və Split təmsilçisinin titul qazanmaq üçün riyazi şansı qalmayıb.

Bununla da "Dinamo" Zaqreb ardıcıl 6-cı, ümumilikdə 17-ci dəfə Xorvatiya çempionu olub.

Qeyd edək ki, icarə əsasənda Türkiyə "Konyaspor"unda çıxış edən millimizin üzvü Mahir Emreli müqavilə ilə "Dinamo" Zaqrebə məxsusdur.  O, 2022-ci ilin yanvarında bu klubla 4,5 illik müqavilə bağlayıb.

Banner