Mahirsiz "Dinamo" mərhələ adladı

Futbol üzrə Xorvatiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da bu turnirdə ilk matçına çıxıb.

Paytaxt klubu aşağı liqa təmsilçisi “Borinçi” ilə qarşılaşıb və 4:0 qalib gələrək növbəti mərhələyə adlayıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.