Mak Allister "Real"ın radarına düşüb
"Liverpul"un argentinalı futbolçusu Aleksis Mak Allister karyerasını "Real Madrid"də davam etdirə bilər.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi Mak Allisteri kluba transfer etmək niyyətindədir.
26 yaşlı yarımmüdafiəçinin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Mak Allister bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 7 qol 6 asist müəllifi olub.