Mak Allister üçün 90 milyon avro ödəməyə hazırdır

"Real Madrid"in yeni baş məşqçisi Xabi Alonso rəhbərliktən "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmələrini tələb edib.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi Alonsonun bu tələbini müsbət qarşılayıb.

Mak Allister üçün "Real Madrid" qarşı tərəfə 90 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 26 yaşlı dünya çempionu bu mövsüm çıxış etdiyi 49 matçda 7 qol 6 məhsuldar ötürmə müəllifi olub.