"Makkabi"nin bu futbolçuları "Qarabağ"la oyunu buraxacaqlar

İsrailin "Makkabi" (Təl-Əviv) klubunun yeni transferləri - Luis Ernandes və Aleksandar Peşiç UEFA Avropa Liqasının I qrupunda ilk turun "Qarabağ"la oyununu buraxacaqlar.

Sportline.az xəbər verir ki, ispaniyalı müdafiəçi ilə serbiyalı hücumçu böyük ehtimalla bugünkü qarşılaşmada oynamayacaqlar.

Onların hansı səbəbdən meydana çıxmayacaqları açıqlanmayıb.

Qeyd edək ki, "Blumfild" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.