Makron Mbappeyə görə "Real"ın prezidenti ilə görüşəcək
Fransa prezidenti Emmanuel Makron "Real"ın prezidenti Florentino Pereslə görüşəcək.
Sportline.az xəbər verir ki, o, klub rəhbəri ilə Kilian Mbappenin Olimpiadada çıxışı ilə bağlı məsələni müzakirə etmək niyyətindədir.
Bu haqda Fransanın "RMC Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Mbappenin yeni mövsümdən "Real"ın şərəfini qoruyacağı gözlənilir.
Fransalılar ulduz futbolçunun Paris Yay Olimpiya Oyunlarında milli komandaya kömək etməsini istəyirlər.