Mançester şəhəri qırmızı rəngə büründü
İngiltərə Premyer Liqasının 16-cı turu Mançester derbisi ilə əlamətdar olub.
Sportline.az xəbər verir ki, "Mançester Siti" "Etihad Stedyum"da "Mançester Yunayted"lə münasibətləri aydınlaşdırıb. Hesab 36-cı dəqiqədə açılıb. Yosko Qvardiol fərqlənməyi bacarıb. Fasilədən sonra "Mançester Yunayted" hesabda geri dönüş etməyi bacarıb. Bruno Fernandeş 88-ci dəqiqədə penaltidən fərqlənməklə hesaba tarazlıq gətirib. 90-cı dəqiqədə isə Amad Diallo "Mançester Yunayted"ə 3 xalı qazandıran qolu vurub.
"Mançester Siti" cari mövsüm Premyer Liqada 5-ci məğlubiyyətini yaşayıb.
Qeyd edək ki, "Mançester Yunayted" 22 xalla 12-ci pilləyə yüksəlib. "Mançester Siti" isə 27 xalla 5-ci pillədə qərarlaşıb.