"Mançester Siti" 14 yaşlı futbolçunu transfer edib

"Mançester Siti" 14 yaşlı futbolçunu transfer edib.

Sportline.az xəbər verir ki, İngiltərə klubu 14 yaşlə amerikalı futbolçu Kavan Sullivanı heyətinə qatıb.

"Mançester Siti" "Filadelfia Unikon" klubuna 1 milyon avrodan bir az çox məbləğ ödəməli olacaq. "Real Madrid", "Borussiya Dortmund" və "Çelsi" klubu da gənc yarımmüdafiəçi ilə maraqlansalar da keçid alınmayıb.

Qeyd edək ki, Kavan Sullivan "Mançester Siti"nin aşağı yaş qruplarında çıxış edəcək və gələcəkdə əsas heyətdə yer alacaq.