"Mançester Siti" 18 yaşlı yarımmüdafiəçini transfer etdi

İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, "şəhərlilər" Argentina "Estudiantes"inin yarımmüdafiəçisi Dario Sarmyentonu transfer edib. Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter səhifəsində paylaşım edib.

18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. İstedadlı oyunçu yeni komandasına bu ilin iyununda qoşulacaq.

Mançester təmsilçisi argentinalı futbolçu üçün 5 milyon avro təzminat ödəyib. Daha 12 milyon avro bonus kimi qarşı tərəfə veriləcək. Həmçinin "Estudiantes" Sarmyentonun növbəti satışından ümumi məbləğin 20 faizi qədər pul alacaq.