"Mançester Siti" 3 xal da qazansa...
İngiltərə Premyer Liqasında bu mövsümün qalibi olması üçün "Mançester Siti"yə üç xal kifayətdir.
Sportline.az xəbər verir ki, komanda son üç matçının 1-də qələbə qazansa çempionluğu rəsmiləşdirəcək.
35 oyundan sonra "Siti"nin 85 xalı var, "Arsenal" isə 36 oyundan 81 xal toplayıb.
"Mançester Siti" İngiltərə Premyer Liqasının qalan 3 turunda evdə "Çelsi" ilə, səfərdə "Brayton" və "Brentford"la qarşılaşacaq.
"Arsenal" çempionatın son iki turunda "Nottinqem"lə səfərdə, "Vulverhempton"la evdə üz-üzə gələcək.